UEFA 2018-19 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri müəyyənləşdirib.
Eurasia Diary xəbər verir ki, qitə futbol qurumu ən yaxşı olmağa 3 namizədin adını açıqlayıb.
Bunlar "Barselona"nın kapitanı Lionel Messi, "Liverpul"un müdafiəçisi Vircil van Diyk və "Yuventus"un hücumçusu Kriştianu Ronaldodur. Adıçəkilən oyunçular fərqli göstəricilərinə əsasən buna layiq görülüblər.
Ötən mövsümün ən yaxşısı avqustun 29-da Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq.