İspaniya La Liqasında 2019-2020 mövsümünə start verilib.
Eurasia Diary xəbər verir ki, açılış oyununda son çempion "Barselona" "Atletik Bilbao"nun qonağı olub.
Qarşılaşmanın 34-cü dəqiqəsində katalonların hücumçusu Luis Suarezin əzələsi dartıldığından, məcburi əvəzlənməli olub.
89-cu dəqiqədə "Atletik"in hücumçusu Artis Aduriz akrobatik zərbə ilə rəqib qapısına yol tapıb və görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu oyunda "Barselona"nın kapitanı Lionel Messi zədə səbəbindən iştirak etməyib.