Millimizin sabiq baş məşqçisi İbrahimlə İbrahimoviçi qarışdırdı - VİDEO | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Millimizin sabiq baş məşqçisi İbrahimlə İbrahimoviçi qarışdırdı - VİDEO

İdman A- A A+

Millimizin sabiq baş məşqçisi, hazırda Bosniya və Herseqovina yığmasını çalışdıran Robert Prosineçki "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə ABŞ-ın "Los Anceles Qalaksi" klubunda çıxış edən ulduz futbolçu Zlatan İbrahimoviçi qarışdırıb.

Eurasia Diary xəbər verir ki, Almaniya doğumlu xorvat mütəxəssis Avro-2020-nin seçmə mərhələsində Lixtenşteyn və Ermənistanla matçlar üçün yığmanın heyətini açıqlayarkən yanlışlığa yol verib.

O, hazırda Türkiyənin "Ərzurumspor" komandasının formasını geyinən Şehiçin adı ilə İbrahimoviçin adını qarışdırıb. Konfransda iştirak edən media nümayəndələri Prosineçkinin ifadəsini gülüşlə qarşılayıblar. Hətta onlardan biri "Zlatan" deyə soruşub, Prosineçki isə zarafatla "bəli" deyə cavab verib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...