Fransa millisinin və Almaniyanın "Bayern" klubunun sabiq futbolçusu Frank Riberi karyerasını İtaliyada davam etdirəcək.
Eurasia Diary xəbər verir ki, 36 yaşlı futbolçu "Fiorentina" ilə müqavilə bağlamaq üçün bu gün İtaliyanın Florensiya şəhərinə gəlib.
O, təyyarədən düşərək əyninə "Fiorentina"nın formasını geyinib. Onunla iki illik müqavilə bağlanılacağı və ilinə dörd milyon avro qazanacağı bildirilir.