İspaniya La Liqasının üçüncü turunda son çempion "Barselona" səfərdə "Osasuna"nın qonağı olub.
Eurasia Diary xəbər verir ki, Kataloniya təmsilçisi matçın 7-ci dəqiqəsində qapısında qol görüb. Meydan sahiblərinin oyunçusu Roberto Torresin vurduğu qol ilk hissədə yeganə olub.
Oyunun ikinci hissəsində "Barselona"nın gənc oyunçusu Ansu Fati hesabda tarazlıq yaradıb. 13 dəqiqə sonra Artur Melo katalonları önə çıxarıb. Lakin qonaq komanda bu üstünlüyü axıra qədər qoruyub saxlaya bilməyib. 81-ci dəqiqədə R.Torres özünün və komandasının ikinci qolunu vurub. Matçı 2-2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu oyunda Ansu Fati Lionel Messinin rekordunu qıraraq 16 il 304 günlə "Barselona" üçün rəsmi matçda qol vuran ən gənc oyunçu oldu. Həmçinin, Artur Melo da "Barselona" adına ilk rəsmi qolunu vurdu.
Onu da qeyd edək ki, yeni mövsümdə "Barselona" artıq ikinci səfər matçıdır ki, rəqib komandaya qalib gələ bilmir. Hər iki oyunda komandanın kapitanı Lionel Messi zədə səbəbindən oynamayıb. "Osasuna" ilə oyunda Messi ilə bərabər komandanın digər qol silahı Luis Suarez də zədə səbəbindən heyətə daxil edilməyib.