Ronaldu pulları və maşınları haqda danışdı | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Ronaldu pulları və maşınları haqda danışdı

İdman A- A A+
“Yuventus”un hücumçusu Kriştianu Ronaldu “The Sun” qəzetinə müsahibəsində maliyyə imkanları və şəxsi maşınları haqqında danışıb.
 
“Mənim maliyyə durumum yarım milyard dollara çatırmı? Düşünürəm ki elədir. 100% əminliklə dəqiq məbləği deyə bilmərəm, amma mənim bank hesabımda yaxşı pullar var”, - deyə Ronaldu bildirib.
 
Eurasia Diary xəbər verir ki, onun sözlərinə görə, maşınlarının sayı 17-yə çatıb:    
 
“Sürməyi ən çox xoşladığım “Rolls Roys”dur. Hərəsindən iki dənə “Bugatti”, “Ferrari” və “McLaren”ım da var”.
 
34 yaşlı portuqaliyalının “Yuventus”da maaşı ildə 31 milyon avro (59 milyon manat) təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...