Eurasia Diary xəbər verir ki, oyunun ilk hissəsində qapılara qol vurulmayıb.
İkinci hissənin 76-cı dəqiqəsində O. Jiru fransızları önə çıxarıb. 81-ci dəqiqədə Kaan Ayhan Türkiyənin bərabərlik qolunu vurub. Matç 1-1 hesabı ilə başa çatıb.
Beləliklə də, aktivinə daha bir xal yazdıran Türkiyə millisi 19 xalla qrup birinciliyini qoruyub saxlayıb.
Qeyd edək ki, son dünya çempionu Fransa və Türkiyə komandalarının ilk qarşılaşması türklərin qələbəsi ilə başa çatmışdı. Bugünkü heç-heçə isə Fransaya daha bir şok yaşatmış oldu.