“Fənərbağça” Türkiyə kubokunun dörddəbir finalına yüksəlib | Eurasia Diary - ednews.net

23 Fevral,


“Fənərbağça” Türkiyə kubokunun dörddəbir finalına yüksəlib

İdman A- A A+

Yanvarın 21-də Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin cavab oyunları keçirilib.

Eurasia Diary  xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. "Fənərbağça” doğma meydanda "Kayserispor”u 2:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. "Başaksəhər” isə səfərdə "Kirklarelispor”un qonağı olub. Qolsuz bərabərlik qeydə alındığı oyunda İstanbul klubu növbəti mərhələyə vəsiqə qazana bilməyib. Buna səbəb "Başakşəhər”in meydanında keçirilən birinci oyunda hesabın 1:1 olmağıdır.

Beləliklə "Fənərbağça” və "Kirklarelispor” Türkiyə kubokunun dörddəbir final mərhələsinə vəsiqəni təmin ediblər.

Qeyd edək ki, Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin digər cavab oyunları yanvarın 22 və 23-də keçiriləcək. (xezerxeber.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...