Cəbrayıl Həsənov bürünc medal qazandı | Eurasia Diary - ednews.net

9 Aprel, Cümə axşamı


Cəbrayıl Həsənov bürünc medal qazandı

İdman A- A A+

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatı davam edir.

Eurasia Diary xəbər verir ki, Azərbaycan sərbəst güləşçisi Ağahüseyn Mustafayev bu çempionatda final görüşünə çıxıb.

70 kq çəki dərəcəsində rəqib Polşa təmsilçisi Məhəmmədmurad Hacıyev olub. İlk hissədə 0:1 hesabı ilə geri düşən Mustafayev fasilədən sonra da məğlubiyyətdən qurtula bilməyib. Nəticədə 31 yaşlı pəhləvan 0:2 hesabı ilə uduzaraq, ardıcıl ikinci il gümüş medalla kifayətlənib.

Cəbrayıl Həsənov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

79 kq çəki dərəcəsində yer alan 30 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə türkiyəli Batuhan Demircinə qalib gəlib - 5:4.

Qeyd edək ki, bu, Azərbaycanın sərbəst güləş növündə üçüncü medalı olub. Daha əvvəl Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (61 kq) bürünc medala yiyələnib.

Bu, Həsənovun son 3 ildə 3-cü bürünc medalı olub.(unikal.org)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...