Avropa Liqasında 1/16 final mərhələsi başlayır | Eurasia Diary - ednews.net

10 Aprel, Cümə


Avropa Liqasında 1/16 final mərhələsi başlayır

İdman A- A A+

Avropa Liqasında pley-off mərhələsinə start verilir.

Eurasia Diary  xəbər verir ki, sabah 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.

Bu raundda ən çox klubla təmsil olunan ölkə Portuqaliyadır. Adıçəkilən ölkənin 4 təmsilçisi 1/8 final mərhələsi uğrunda mübarizə aparacaq. “Böyük beşlik”dən İngiltərə, Almaniya və İspaniyanın 3, İtaliyanın isə 2 komandası Avropanın ən nüfuzlu ikinci klub turnirində iştirak edəcək.

“Qarabağ”ın yer aldığı qrupdan çıxan “Sevilya” Rumıniyada ÇFR-in qonağı olacaqsa, APOEL Kiprdə “Bazel”i qəbul edəcək.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Vulverhempton” “Espanyol”a qarşı ilk görüşü öz meydanında keçirəcək. Dadaşov ispanlarla matçda Premyer Liqa klubunun heyətində debüt edə bilər.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” isə “Sportinq”lə ilk duelinə Portuqaliyada çıxacaq. (unikal.org)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...