Bundesliqada yeni rekordçu | Eurasia Diary - ednews.net

9 May,


Bundesliqada yeni rekordçu

İdman A- A A+

Futbol üzrə Almaniya Bundesliqasının 23-cü turu çərçivəsində keçirilən “Verder” - “Borussiya” (Dortmund) oyunu qonaqların hücumçusu Erlinq Haland üçün əlamətdar olub. 

Eurasia Diary xəbər verir ki, gənc hücumçu bu oyunda da fərqlənməklə, “Borussiya”da vurduğu qolların sayını 9-a çatdırıb.

İsveçli hücumçu bununla Bundesliqada yeni rekord müəyyənləşdirib. Belə ki, o, Almaniya çempionatında keçirdiyi ilk altı oyunda azı 9 qol vurmağı bacaran ilk futbolçuya çevrilib. Haland “Borussiya”ya qış fasiləsində qoşulub və yanvardan bəri yeni komandasında demək olar ki, meydana çıxdığı hər oyunda qol vurur.

Qeyd edək ki, “Verder” - “Borussiya” matçı qonaqların 2:0 hesablı qələbəsiylə yekunlaşıb (sport24.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...