"Belə böyük klubu məğlub etməyin ayrı ləzzəti var" - Riçard Almeyda | Eurasia Diary - ednews.net

9 May,


"Belə böyük klubu məğlub etməyin ayrı ləzzəti var" - Riçard Almeyda

İdman A- A A+

"Çempionatda irəliləmək və titul qazanmaq üçün əla şansımız var. Bu fürsətdən yararlanmalıyıq".

Eurasia Diary  xəbər verir ki, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun və Azərbaycan millisinin futbolçusu Riçard Almeyda yerli "Emirates Today" nəşrinə açıqlamasında deyib.

"Prezident kuboku"nun 1/4 final mərhələsində "Şabab Əl-Əhli" klubunu 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə təəssüratlarını bölüşən Azərbaycan millisinin yarımmüdafiəçisi yeni komandasının heyətində qol hesabını açmasından bəhs edib. Matçın ilk hissəsinə əlavə olunmuş 3-cü dəqiqədə penaltidən fərqlənən 31 yaşlı futbolçu "Baniyas"ın 2020-ci ildə ən vacib qoluna imza atdığını bildirib: "Əl-Əhli" kimi böyük klubu məğlub etməyin ayrı ləzzəti var".

Almeyda kubokun yarımfinalına vəsiqə qazanmalarında komandanın baş məşqçisi Vinfrid Şeferin böyük rolunun olduğunu söyləyib: "Ötən həftə yaxşı məşq etmişdik. Hamının bütün fikri kubokda mərhələ adlamaq idi. Təbii ki, qələbədə əsas rolu Şefer oynadı".

 Təcrübəli yarımmüdafiəçi "Baniyas"ın cari mövsüm ölkə çempionatındakı hədəflərini də açıqlayıb: "Çempionatda birdən-birə titul qazanmaq barədə düşünməməliyik. Kubokda ağır oyun keçirərək yarımfinala vəsiqə qazanmışıq. Addım-addım irəliləməli, hər oyuna ciddi yanaşmalıyıq. Bu mövsüm əsas hədəflərimizdən biri Asiya Çempionlar Liqasına vəsiqə qazanmaqdır".

Qeyd edək ki, Riçard Almeyda "Baniyas"a qış fasiləsində "Qarabağ"dan keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...