Avropa kuboku turnirinin birinci günündə 3 medal qazandılar | Eurasia Diary - ednews.net

9 May,


Avropa kuboku turnirinin birinci günündə 3 medal qazandılar

İdman A- A A+

Antalyada fevralın 29-da start götürən Avropa kuboku turnirinin birinci günündə Azərbaycanın yeniyetmə cüdoçuları 3 medal qazanıblar.

Euasia Diary xəbər verir ki, Oğlanlar arasında Murad Gülməmmədov (50 kq) gümüş, Seymur Məcidli (60 kq) bürünc medala layiq görülüblər. Qızların yarışında isə Lətifə Abbasova (48 kq) üçüncü yeri tutub.

Azərbaycanı qitə yarışında oğlanların mübarizəsində 32, qızların yarışında isə 13 cüdoçu təmsil edir. Komandamızın heyətində bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları da yer alıb.

On altı ölkədən beş yüzdən çox cüdoçunun iştirak etdiyi yarışlara bu gün yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...