İtaliya Kubokunun yarımfinal cavab oyunu ləğv olunub | Eurasia Diary - ednews.net

9 May,


İtaliya Kubokunun yarımfinal cavab oyunu ləğv olunub

İdman A- A A+

İtaliya Kubokunun yarımfinal mərhələsində "Napoli" və "İnter" klubları arasında keçirilməli olan cavab oyunu ləğv olunub.

EDNews-un yerli mətbuata istinadən xəbər verir ki, martın 5-də Neapolda oynanılması nəzərdə tutulan qarşılaşma koronavirus epidemiyasına görə təxirə salınıb. Görüşün yeni tarixi hələlik açıqlanmayb.

Milan şəhərində keçirilən ilk matçda meydan sahibləri 0:1 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, bundan əvvəl XXV turun "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo", "İnter" - "Sampdoriya" oyunları, həmçinin  XVI turun "Yuventus" - "İnter", "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL və "Sassuolo" - "Breşiya" görüşləri də eyni səbəbdən təxirə salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...