Prokurorluq FİFA prezidenti ilə bağlı araşdırmaya başladı | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


Prokurorluq FİFA prezidenti ilə bağlı araşdırmaya başladı

İdman A- A A+

FİFA prezidenti Canni İnfantino ilə bağlı araşdırma başlayıb.

"EDNews"un məlumatına görə, İsveçrə prokurorluğu qurum başçısının fəaliyyətini yoxlamağa qərar verib.

O, FİFA-dakı korrupsiya ilə bağlı 2015-ci ildə araşdırmalar barədə məxfi məlumatlar almaqda şübhəli bilinir. Bildirilir ki, həmin vaxt UEFA-nın baş katibi olan İnfantino regional prokurorlardan biri ilə əlaqələrindən istifadə edib.

Sonuncu onu FİFA-nın korrupsiya sxemlərinin araşdırılması ilə bağlı materiallardan məlumatları bilən prokurorla tanış edib.

İnfantino həmin şəxslə üç dəfə görüşüb. Onları görüşdürən prokuror isə sonradan FİFA başçısından minnətdarlıq qazanıb və bir sıra vacib oyunlara dəvət edilib.

Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralından FİFA prezidentidir. O, 2019-cu ilin iyununda ikinci dəfə bu vəzifəyə seçilib.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...