Ölkələr koronavirus epidemiyası səbəbindən idman tədbirlərini ləğv etdi və ya təxirə saldı.
EdNews xəbər verir ki, Avropada idmana fasilə verməyən yeganə ölkə olan Belarusda yarışlar davam edir.
Azarkeşlər matçlara gedirlər və ölkə prezidenti Aleksandr Lukaşenko isə kütlə halındakı azarkeşlər qarşısında buzüstü hokkeyi oynayır. Koronavirusa baxmayaraq, Lukaşenko ən böyük hobbisi olan buzüstü hokkey matçında meydançaya çıxıb. Tribunaları dolduran azarkeş kütləsinin qarşısında oynayıb.
Onun da maraqlı bir iddiası var. Deyir ki, koronavirusuna qarşı ən yaxşı antivirus buzüstü hokkey oynamaqdır.