Türkiyə millisinin futbolçusu Yunus Mallı karantinə alınıb | Eurasia Diary - ednews.net

31 May,


Türkiyə millisinin futbolçusu Yunus Mallı karantinə alınıb

İdman A- A A+

Türkiyə millisinin futbolçusu Yunus Mallı karantinə alınıb.

EDNews.net-in məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi klubu "Yunion Berlin"in məşqlərinə qatılmayıb.

Baş məşqçi Urs Fişer futbolçunun evində karantinə alındığını təsdiqləyib. Lakin o, oyunçunun koronavirus pandemiyasına yoluxub-yoluxmadığını bildirməyib. Videogörüntü vasitəsilə bəzi media nümayəndələrinin suallarını cavablandıran çalışdırıcı Yunusun nə üçün karantinə alındığını açıqlamayıb.

Qeyd edək ki, Yunus Mallı "Yunion Berlin"ə bu ilin əvvəlində digər Almaniya klubu "Volfsburq"dan icarəyə verilib.(apasport)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...