Moskvanın “Spartak” futbol klubunun müdafiəçisi Samuel Jiqo Fransanın “Lion” klubuna keçə bilər.
EDNews.net xəbər verir ki, bu barədə “L Equipe” nəşri məlumat yayıb.
Mənbəyə görə, “Lion” yeni mövsüm üçün müdafiəsini gücləndirmək niyyətindədir. Qeyd olunur ki, son günlər Fransa klubu komandanın əsas transfer hədəfi ola biləcək Jiqotla maraqlanır.
Jiqot “Spartak”da 2018-ci ildən oynayır. Paytaxt klubu üçün müxtəlif turnirlərdə 37 oyun keçirib, 5 qol vurub. “Transfermarkt” portalının məlumatına görə, 26 yaşlı fransızın bazar dəyəri 8 milyon avrodur. (Report)