Bu ölkədə futbol çempionatı bərpa ediləcək | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


Bu ölkədə futbol çempionatı bərpa ediləcək

İdman A- A A+
Koronavirus pandemiyası səbəbindən iki aydan çox davam edən fasilədən sonra mayın 28-də Danimarkada futbol çempionatının oyunları bərpa ediləcək.
 
EDNews.net  xəbər verir ki, bu həftə Danimarka iki aylıq davam edən karantindən sonra cəmiyyətin normal həyata qayıtmasının növbəti mərhələsinə qədəm qoyub.
 
Yeni mərhələdə koronavirusla mübarizə məqsədilə qəbul olunan məhdudiyyətlərin zəifləməsi ilə yanaşı, Danimarka futbol klublarına oyunları bərpa etməyə imkan verib.
 
Bununla birlikdə, Danimarka futbol çempionatının yeni mövsümü, hökumət qaydalarının tələb etdiyi kimi stadionlarda azarkeşlərin iştirakı olmadan davam etdirilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...