Vilhem Steynits memorialı: - Məmmədyarov üçüncü yerdədir | Eurasia Diary - ednews.net

30 May, Şənbə


Vilhem Steynits memorialı: - Məmmədyarov üçüncü yerdədir

İdman A- A A+

Blits üzrə onlayn Vilhem Steynits memorialında növbəti turun oyunları keçirilib.

EDNews.net  xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 6 turdan yalnız birində rusiyalı şahmatçı Aleksandr Qrişukla oyunda məğlub olub.

Ukraynalı Anton Korobov, rusiyalı Daniil Dubov, norveçli dünya çempionu Maqnus Karlsenlə “sülh” bağlayan şahmatçımız ispaniyalı David Quiyarro, vyetnamlı Le Quanq Liemlə görüşlərdən qalib ayrılıb.

Ötən 12 turun nəticələrinə əsasən, Ş.Məmmədyarov 7 xalla üçüncü yerdədir. Hazırda D.Dubov 8 xalla birinci, M.Karlsen isə 7,5 xalla ikincidir.

Qeyd edək ki, yarış 18 turdan ibarətdir. Yarışın ümumi mükafat fondu 30 min avrodur. (mətbuat.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...