Rusiya himnini kompozisiya, ölkə bayrağını ağ parça əvəzləyəcək | Eurasia Diary - ednews.net

14 Aprel, Çərşənbə


Rusiya himnini kompozisiya, ölkə bayrağını ağ parça əvəzləyəcək

İdman A- A A+

Yanvarın 13-də Misirdə start götürəcək kişi həndbolçular arasında dünya çempionatında Rusiya himni səsləndirilməyəcək.

Eurasia Diary Report-a istinadən, bu barədə Rusiya Həndbol Federasiyasının (FQR) baş direktoru Lev Voronin açıqlama verib. O bildirib ki, ölkə himnini Rusiya Olimpiya Komitəsinin (OKR) Beynəlxalq Olimpiya Komitəsi (IOC) ilə razılaşdırdığı kompozisiya əvəzləyəcək.

Ümumdünya Antidopinq Agentliyinin (WADA) sanksiyaları ilə əlaqədar rusiyalı idmançılar 16 dekabr 2022-ci ilədək Olimpiya Oyunları, eləcə də dünya çempionatlarında bayraqsız və himnsiz çıxış etməli olacaqlar.

Voronin bütün olimpiya növləri üzrə dünya çempionatlarında və olimpiadada Rusiya idmançıları üçün eyni musiqi kompozisiyasının səsləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, kişi həndbolçular arasında dünya çempionatı yanvarın 31-dək davam edəcək. Rusiya yığması "Rusiya Həndbol Federasiyasının Komandası" adı altında mübarizə aparacaq. Rusiya bayrağını isə FQR bayrağı (yazısız FQR loqotipli ağ parça) əvəzləyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...