Rəcəbov üçün növbəti turnir başlayır - Çempion şahını yenidən qoruyacaq | Eurasia Diary - ednews.net

18 Aprel,


Rəcəbov üçün növbəti turnir başlayır - Çempion şahını yenidən qoruyacaq

İdman A- A A+

Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsinə start veriləcək.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, "Opera Euro Rapid"də Azərbaycan şahmatçılarından Teymur Rəcəbov mübarizə aparacaq.

Təcrübəli qrossmeyster ilk oyun günündə 5 şahmatçı ilə üz-üzə gələcək. Rəcəbov Mattias Blübaum (Almaniya), Sem Şenklend, Lenyer Peres Dominges (hər ikisi ABŞ), Yan-Kşiştof Duda (Polşa) və Aleksandr Qrişukun (Rusiya) müqavimətini qırmağa çalışacaq. İlk qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

3 gün ərzində keçiriləcək ilkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq. Turnirə fevralın 14-də yekun vurulacaq.

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...