Azərbaycanın iki cüdoçusu Olimpiadada mübarizəni dayandırdı | Eurasia Diary - ednews.net

17 Sentyabr, Cümə

Azərbaycanın iki cüdoçusu Olimpiadada mübarizəni dayandırdı

İdman A- A A+

Azərbaycan cüdoçuları Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Eurasia Diary xəbər verir ki, ilk gündə iki cüdoçumuz yarışıb.

60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov Olimpiadaya uğurlu başlanğıc edib. O, 1/16 final mərhələsində Eşli Makkenziyə (Böyük Britaniya) qalib gəlib. Lakin dünya üçüncüsü 1/8 finalda Gürcüstan təmsilçisi Lukumi Sxvimiani ilə bacarmayıb. Rəqibinə ipponla məğlub olan Hüseynov mübarizəni dayandırıb.

Olimpiya heyətində yeganə azərbaycanlı cüdoçumuz Aişə Qurbanlı da gözlənildiyi kimi medalsız qalıb. 48 kq-da yarışan Qurbanlı 1/16 finalda portuqaliyalı Katarina Koştaya uduzaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, sabah son Avropa çempionu Orxan Səfərov (-66 kq) mübarizəyə qoşulacaq.

Oxu.Az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...