Azərbaycan boksçusu qalib gələrək erməniyə rəqib olub - Dünya çempionatı - ednews.net

4 Dekabr, Şənbə

Azərbaycan boksçusu qalib gələrək erməniyə rəqib olub - Dünya çempionatı

İdman A- A A+

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

Federasiyadan EDNews.net-ə verilən məlumata görə, mundialın ikinci gününün gündüz seansında Malik Həsənov qüvvəsini sınayıb.

63,5 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda qvatemalalı Xuan Reyes Donislə üz-üzə gəlib. 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26) hesabı ilə qalib gələn Həsənov növbəti mərhələyə yüksəlib.

O, 1/16 finalda ilk görüşdən azad olan Ermənistan təmsilçisi Ovannes Baçkovla qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.

Qeyd edək ki, bu gün axşam seansında Məsud Yusifzadə (51 kq) monqolustanlı Enxmandağ Xarxuu ilə, Rauf Rəhimov (92 kq) isə ingiltərəli Luis Uilliamsla döyüşəcək. İlk yarış günündə Ümid Rüstəmov (57 kq) 1/32 finalda kubalı Osvel Kaballero Qarsiaya uduzaraq mübarizəni dayandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...