Formula 1 Azərbaycan Qran-Prisinin başlamasına 2 ay qaldı - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Formula 1 Azərbaycan Qran-Prisinin başlamasına 2 ay qaldı

İdman A- A A+

Formula 1 Azərbaycan Qran-Prisinin başlamasına 2 ay qalıb.

Ednews xəbər verir ki, iyunun 10-12-də keçiriləcək mötəbər yarış 6-cı dəfə Bakı küçələrində öz azarkeşlərinə möhtəşəm həyəcan yaşadacaq.

Ötən il pandemiya səbəbindən tamaşaçısız keçirilən Formula 1 Azərbaycan Qran-Prisini bu il yenidən canlı izləmək imkanı olacaq.

Builki yarışa bilet satışı fevralın 22-də start götürüb. Hazırda biletlər daha çox Azərbaycan, ABŞ, Böyük Britaniya, Niderland və digər Avropa ölkələrindən olan azarkeşlər tərəfindən alınır.

Pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə axşam konsert proqramı nəzərdə tutulmasa da, ötən illərdə olduğu kimi, bu il də bir qədər fərqli, müxtəlif əyləncə proqramları təşkil olunacaq.

2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə ən coşğulu, dinamik və gözlənilməz nəticələr təqdim edərək geniş tamaşaçı kütləsi və pilotların sevimlisinə çevrilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...