Avropa çempionatı: Azərbaycanın olimpiya çempionu mübarizəyə başlayır - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Avropa çempionatı: Azərbaycanın olimpiya çempionu mübarizəyə başlayır

İdman A- A A+
Azərbaycanın daha üç taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında mübarizəyə başlayacaq.
 
Ednews xəbər verir ki, yarışın sonuncu günündə 74 kq çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/16 final mərhələsində estoniyalı Kunter Stroom Karlla üz-üzə gələcək.
 
Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olan 87 kq-dakı Radik İsayev 1/4 finalda Cem Ünlüsoy (Almaniya) - Erik Farmakas (İsveç) cütünün qalibi ilə görüşəcək.
 
Qadın taekvondoçulardan 57 kq-da yer alan Fatimə Məcidova 1/16 finalda italiyalı Giada Al Halvani ilə qarşılaşacaq.
 
Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayacaq. 63 kq-dakı Sadiq Həmidovun ilk rəqibi özbəkistanlı Zukhriddin Tokhirov olacaq. Parataekvondo üzrə Avropa çempionatı digər qitələr üçün də açıqdır.
 
Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunur. Daha əvvəl parataekvondoçulardan 70 kq-dakı İmaməddin Xəlilov gümüş, 58 kq-dakı Sabir Zeynalov bürünc medal əldə edib. Digərləri qitə çempionatını medalsız başa vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...