"Lex"in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Lex"in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq

İdman A- A A+

Polşanın "Lex" klubunun 2 futbolçusu "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarını buraxacaq.

Ednews-un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.

Niderlandlı mütəxəssisin sözlərinə görə, polşalı müdafiəçi Bartoş Salamon zədə, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün qarşıdakı görüşlərdə meydana çıxmayacaqlar.

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...