Daha iki cüdoçumuz İslamiadanın finalına yüksəldi - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Daha iki cüdoçumuz İslamiadanın finalına yüksəldi

İdman A- A A+
Cüdoçularımızın V İslam Həmrəyliyi Oyunlarında mübarizəsi davam edir.
 
Ednews xəbər verir ki, təmsilçilərimizdən Könül Əliyeva (48 kq) və Nəriman Mirzəyev (73 kq) uğurla çıxış edərək finala yüksəliblər.
 
Bundan əvvəl tatami ustamız Balabəy Ağayev (60 kq) də həlledici mərhələyə vəsiqə qazanıb. Telman Vəliyev (73 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.
 
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Oyunlarda 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...