"Neftçi"nin futbolçusu əməliyyat olundu - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

"Neftçi"nin futbolçusu əməliyyat olundu

İdman A- A A+

"Neftçi"nin futbolçusu Azər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə bu gün əməliyyat olunub.

Ednews klubun rəsmi saytına istinadən xəbər verir ki, cərrahi əməliyyat uğurla həyata keçirilib.

28 yaşlı müdafiəçi təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.

Xatırladaq ki, UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş “Rapid” – “Neftçi” matçının ilk hissəsində zədələnmişdi. Onun sağ ayağında sınıq tapılmış və əməliyyat olunması ilə bağlı qərar verilmişdi.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...