Millimizin sabiq hücumçusu Cihan Özkaranın yeni klubu müəyyənləşib.
Ednews xəbər verir ki, 31 yaşlı forvard Almaniyanın “Rot Vays Ahlen” klubu ilə anlaşıb. O, Oberliqa təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Sivasspor”, “Kayseri Erciyesspor”, “Simurq”, “Verl”, “İstanbulspor”, “Afyonspor”da da çıxış edən Özkara Azərbaycan millisində18 matça çıxıb və bir qolla yadda qalıb.