Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları davam edir.
Ednews xəbər verir ki, bu gün daha 1 matç keçirilib.
"Sabah" "Neftçi"ni qəbul edib. Oyun "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran "Sabah" turnir cədvəlində vahid lider olub.
Qeyd edək ki, turun digər iki görüşü avqusun 21-də oynanılacaq.
Qollar: Yusuf Laval, 45+2 (0:1), Aleksey İsayev, 78 pen. (1:1), Emmanuel Apeh 90+1 pen (2:1)