Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Reyncers" - Napoli" matçı Böyük Britaniya kraliçası II Yelizavetanın ölümü ilə əlaqədar təxirə salınıb.
Ednews xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytı məlumat yayıb.
Sentyabrın 13-də Qlazqoda baş tutmalı olan görüş sentyabrın 14-nə təyin edilib. İtaliya klubunun azarkeşlərinin stadiona gələ bilməyəcəyi deyilir. Şotlandiya klubunun azarkeşləri də idman ədaləti səbəbindən Neapolda matça buraxılmayacaq.