Fransa Peşəkar Futbol Liqası "Nant" klubunu cəzalandırıb.
Ednews xəbər verir ki, "Nant" azarkeşləri "Loryan"la səfər matçında (3:2) pirotexniki vasitələrdən istifadə ediblər. Bu səbəbdən klub qarşıdakı iki səfər matçında tərəfdarların dəstəyindən məhrum olacaq. Belə ki, azarkeşlər oktyabrın 2-də "Monako", oktyabrın 9-da isə "Renn"lə görüşlərdə tribunaya buraxılmayacaq.