"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo aprelin 9-da İngiltərə Premyer Liqasında keçirilən "Everton"la oyundan (0:1) sonra nalayiq və aqressiv davranışda ittiham olunub.
Ednews xəbər verir ki, ötən mövsüm ölkə çempionatının 32-ci turunun matçı başa çatdıqdan sonra portuqaliyalı azarkeşlərdən birinin telefonunu sındırıb.
Futbolçu paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona uzadıb.
O, fanatın əlini itələyən zaman telefon yerə düşüb. Oyunçu daha sonra hadisəyə görə üzr istəyib.