“Bugünkü qələbə növbəti oyunlara daha ciddi hazırlaşmağımıza səbəb olacaq” - Qara Qarayev - ednews.net

8 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

“Bugünkü qələbə növbəti oyunlara daha ciddi hazırlaşmağımıza səbəb olacaq” - Qara Qarayev

İdman A- A A+

"Neftçi" haqqında əlavə söz deməyə ehtiyac yoxdur. Ən zəif vaxtında belə, bu komandanın adı var. Bizimlə oyunlara xüsusi motivasiya ilə çıxırlar".

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 8-ci tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, bugünkü derbinin çempionatın səviyyəsinə yarışan qarşılaşma olduğunu bildirib:

"Mənim üçün əlamətdar gün idi. Stadionun bütün tribunalarını dolu gördüm. Bu cür matçların sayı çox olmalıdır. maraqlı oyun oldu. İlk hissədə demək olar ki, rəqibə imkan vermədik. Özümüz isə 4 real qol epizodu yaxaladıq. Lakin istifadə edə bilmədik. Fasilədən sonra da eyni ssenari ilə davam etdik. Rəqibin ön xəttini tamamilə bağlaya bildik. Qol epizodlarımız çox oldu. Əsas odur ki, istifadə edə bildik və vacib qələbə qazandıq".

Onun sözlərinə görə, ilk hissədə də üstünlük "köhlən atlar"ın tərəfində olub:

"Həm qapı istiqamətində zərbələr, həm də real qol imkanları baxımından rəqibi qabaqladıq. Sadəcə, "Neftçi" birinci yarıda qol vurmağa nail oldu. İkinci hissədə isə rəqibin hücumlarının qarşısını ala bildik. İnkişaf etmək istəyiriksə, rəqabət olmalıdır. Oyun ərzində aralarında gərginlik olan futbolçular final fitindən sonra əl verib görüşdülər. Bu da hər iki tərəfin adına yaraşacaq jest idi".

Qarayev deyib ki, bugünkü qələbə növbəti oyunlara daha ciddi hazırlaşmaqlarına səbəb olacaq:

"Çünki digər rəqiblər "Neftçi"yə qalib gəldiyimizi görüb, bizimlə matça daha ciddi hazırlaşacaqlar. Eləcə də "ağ-qaralar" bizdən revanş almaq üçün bütün imkanlardan istifadə edəcək".

"Qarabağ"ın futbolçusu belə matçlar üçün darıxdığını söyləyib:

"Düşünürəm ki, belə matçların sayı nə qədər çox olsa, bir o qədər sürətli inkişaf edərik".

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...