Braziliya millisinin və Fransanın PSJ komandasının futbolçusu Neymar ölkəsində keçirilən prezident seçkilərində səs verə bilməyib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, buna 30 yaşlı hücumçunun seçici statusu almaq üçün lazımi sənədləşmə işlərini tamamlaya bilməməsi səbəb olub.
Qeyd edək ki, Neymar seçkilərdə hazırkı prezident Jair Bolsonaru dəstəkləyir.