Qətərdə təşkil olunan DÇ-2022-də 1-ci turun oyunları çərçivəsində E qrupunda Almaniya seçməsi Yaponiya ilə qarşılaşıb.
Ednews xəbər verir ki, almanlar 1:2 hesabı ilə Yaponiya millisinə məğlub olub.
Almaniya - Yaponiya - 1:2
Qol: İlkay Gündoğan, 33-pen (1:0), Doan, 75 (1:1), Asano, 83 (1:2)
Qeyd edək ki, günün üçüncü matçı isə İspaniya və Kosta Rika arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə 20:00-da start götürəcək.