Braziliya milli futbol komandasının üzvləri arasında virus yayılıb.
Ednews “Goal” nəşrinə istinadən xəbər verir ki, qrip əlamətlərinə görə Lukas Paketa, Antoni və Alison məşqin bir hissəsini buraxıblar.
Futbolçuların 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçrə ilə keçiriləcək oyuna hazır olduqları bildirilir.
Zədə səbəbindən Danilo və Neymarın matçda iştirak etməyəcəyi bildirilir.