Portuqaliyalı hücumçu Kriştiano Ronaldo futbol həyatında yeni addım atmağa qərar verdiyini vurğulayıb.
Ednews xəbər verir ki, İspaniyanın "Marca" qəzeti Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı Futbol Liqasının təklifini müsbət dəyərləndirməsi barədə xəbər yayıb.
Qəzet qeyd edib ki, hazırda Qətərdə keçirilən 2022-ci il dünya çempionatında Portuqaliya yığmasının heyətində olan Ronaldo iki illik transfer əsasında Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasına keçməsi yaxın zamanlarda baş tutacaq. Onun illik maaşı 200 milyon avro olacağı qeyd edilir.
Nəşr “Mançester Yunayted”in keçmiş hücumçusu olan Ronaldo Amerika Liqasının da diqqətini çəkdiyini, lakin futbolçunun 400 milyon avroluq iki illik müqavilədən imtina etməsinin çox çətin olduğunu qeyd edib.
Həmçinin, “Qırmızı şeytanlar” olan “Mançester Yunayted”, bir müddət əvvəl oyunçu, ingilis klubu və Hollandiyanın Ayaks klubunun baş məşqçisi Erik ten Haq arasında yaranan bir sıra mübahisələrdən sonra portuqaliyalı ulduzun müqaviləsinə xitam verdiyini açıqlamışdı.
Rəna Mürşüd