Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında meydana çıxdığı oyunların sayına görə həmyerlisi Dieqo Maradonanı qabaqlayıb.
Ednews xəbər verir ki, Qətərdə keçirilən mundialda Polşa millisinə qarşı C qrupunun üçüncü tur oyunu hücumçu üçün 22-ci olub. Maradonada isə bu göstərici 21-dir.
Xatırladaq ki, ötən gecə Argentina millisi Polşanı 2:0 hesabı ilə məğlub edib.