"Tottenhem"in baş məşqçisi Antonio Konte qış transfer pəncərəsində kluba yeni futbolçular transfer edə biləcəklərini açıqlayıb.
Ednews Britaniya mətbuatına istinadən xəbər verir ki, o, gənc futbolçulara sərmayə qoymağı davam etdirməyi planlaşdırdığını vurğulayıb:
“Biz nəsə etməyə çalışacağıq, amma eyni zamanda klubun fəlsəfəsinə əməl etməliyik. "Tottenhem" gənc futbolçulara sərmayə qoymaq istəyir. Biz bunu bir il əvvəl Bentankur və Kuluşevskini alanda etdik. Bizə istedad lazımdır, amma məqbul maaşla. Məhz bu oyunçuları bazara çıxarmağa çalışacağıq”.
Qeyd edək ki, "Tottenhem" Premyer Liqanın 16 turundan sonra 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.