İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində “Tottenhem” “Börnli”ni qəbul edib.
Ednews xəbər verir ki, baş hakim Carred Cilletin idarə etdiyi matç paytaxt Londondakı “Tottenhem Hotspur” stadionunda baş tutub.
Oyunda hesabı qonaqlar açıb: 25-ci dəqiqədə danimarkalı vinger topu tora göndərib. Cəmi yeddi dəqiqə sonra “mahmızlar” status-kvonu bərpa ediblər: ispaniyalı müdafiəçi Pedro Porro fərqlənib. Matçda növbəti qol 82-ci dəqiqədə vurulub: niderlandlı müdafiəçi Mikki van den Ven ev sahiblərinin ikinci qolunu vurub.
Qeyd edək ki, 36 oyundan sonra Angelos Postekoqlunun yetirmələrinin 63 xalı var. Altıncı pillədə qərarlaşan komanda nəzəri olaraq növbəti ildə Çempionlar Liqasında iştirak etmək uğrunda mübarizədə şansını qoruyur: onu dördüncü yerdəki “Aston Villa”dan dörd xal ayırır.
“Börnli” isə 19-cu pillədə qərarlaşıb. Bu məğlubiyyətdən sonra 24 xala malik Vensan Kompaninin komandası çempionatla vidalaşıb. Beləliklə, “Börnli” “Şeffild Yunayted”dən sonra yüksək liqanı tərk edən ikinci klub oldu.
Xatırladaq ki, İngiltərə Premyer Liqası 38 turdan ibarətdir.