Azərbaycanın 7 sərbəst güləşçisi "Zaqreb Open"də mübarizəyə başlayır - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Azərbaycanın 7 sərbəst güləşçisi "Zaqreb Open"də mübarizəyə başlayır

İdman A- A A+
Azərbaycanın 7 sərbəst güləşçisi bu gün Xorvatiyada start götürəcək "Zaqreb Open"də mübarizəyə başlayacaq.
 
Ednews  xəbər verir ki, yarışın ilk günündə 57 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifatda çinli Veiyu Li ilə, eyni çəkidəki Əliabbas Rzazadə onun həmyerlisi Vanhao Zou ilə üz-üzə gələcək.
 
65 kq-dakı Əli Rəhimzadə 1/8 final mərhələsində polşalı Eduard Qriqorevin müqavimətini qırmağa çalışacaq. 70 kq-da Xadjimurad Qadjiyev təsnifatda italiyalı Canluka Talamoya, bu çəkidə yarışan Hacı Əliyev 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeyə rəqib olub.
 
74 kq-dakı Cəbrayıl Qadjiyev təsnifatda Rumıniyalı Krisztian Biroyla, 86 kq-dakı Abubakr Abakarov 1/8 finalda gürcüstanlı Tariel Qaprindaşvili ilə güləşəcək.
 
Qeyd edək ki, "Zaqreb Open" fevralın 5-də başa çatacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...