Ronaldonun sevgililisi bu səbəbdən cərimələnə bilər - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Ronaldonun sevgililisi bu səbəbdən cərimələnə bilər

İdman A- A A+

Portuqaliyanın "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriqes Səudiyyə Ərəbistanının ədəb qanununu pozduğuna görə cərimələnə bilər.

Ednews xəbər verir ki, bu haqda İspaniyanın "Marca" qəzeti məlumat yayıb.

Bildirilib ki, buna futbolçunun sevgilisinin Səudiyyə Ərəbistanında olarkən geyindiyi çox açıq paltarlar səbəb ola bilər. Belə ki, o, dekolteli və ayaqları görünən uzun yarığı olan paltar ilə ictimaiyyətə arasına çıxıb.

Qeyd edək ki, 2019-cu ildə Səudiyyə Ərəbistanında ictimai ədəb qaydalarına riayət edilməsi haqqında qanun qəbul edilib. İctimai yerlərdə qolları dirsəyə qədər, ayaqları isə topuğa qədər örtən bol paltar geyinmək tövsiyə olunur.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...