Qurban Qurbanov ağlayan gəncəli uşağın arzusunu reallaşdırdı - VİDEO - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Qurban Qurbanov ağlayan gəncəli uşağın arzusunu reallaşdırdı - VİDEO

İdman A- A A+

Futbol üzrə Azərbaycan çempionatının XXI turunda "Qarabağ" səfərdə "Kəpəz"in qonağı olub.

Ednews Fanat.az-a istinadən xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra maraqlı anlar yaşanıb.  

Belə ki, Gəncəm Təhsil İdman Mərkəzinin azyaşlı futbolçusu "Qarabağ"ın üzvlərini görmək istəyib, lakin polislər ona mane olublar. Bu səbəbdən uşaq ağlayıb.

Onu əvvəlcə Ağdam klubunun mətbaut katibi Gündüz Abbaszadə görüb və nə baş verdiyini maraqlanıb. Daha sonra isə baş məşqçi Qurban Qurbanov hadisədən xəbər tutub və uşağın soyunub-geyinmə otağına aparılmasına, futbolçuları görüb onlarla şəkil çəkdirməsinə icazə verib. Qurbanovun bu jestinə sevinən azyaşlı futbolçu mütəxəssisə ağlayarak təşəkkür edib.  
Həmin anın videosunu təqdim edirik:

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...