Braziliyalı məşhur keçmiş futbolçu Ronaldinyo futbola qayıdıb.
Ednews xəbər verir ki, 42 yaşlı sabiq yarımmüdafiəçi Krallar Liqasında (Media liqası) mübarizə aparan "Porkinos"da oynayacaq. Bu buarədə sözügedən çempionatın Tvitter hesabında məlumat yayılıb. Ronaldinyo 8-ci turda "Pio" ilə matçda meydana çıxacaq.
Krallar Liqası "Barselona"nın sabiq futbolçusu Jerar Pike tərəfindən təşkil olunur. Bu yarışdakı oyunlar 40 dəqiqəlik müddətdə olur. Həmçinin çempionatdakı komandalarda şou-biznes ulduzları, məşhurlar iştirak edirlər.
Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə 37 yaşında rəsmi şəkildə karyerasını başa vurmuşdu.