"Qalatasaray"dan zəlzələdən zərərçəkənlərə növbəti yardım - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

"Qalatasaray"dan zəlzələdən zərərçəkənlərə növbəti yardım

İdman A- A A+
"Qalatasaray" Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yenidən yardım edəcək.
 
Ednews "NTV Spor"a istinadən xəbər verir ki, bu haqda klub prezidenti Dursun Özbek açıqlama verib. O, bildirib ki, İstanbul təmsilçisi fəlakət səbəbindən evsiz qalanlar üçün 250 mənzil tikdirəcək.
 
Daha əvvəl "Qalatasaray" zərərçəkənlərə görə konteyner ev və səyyar ayaqyolu kampaniyası da başladıb. Həmçinin komanda "Roma" ilə xeyriyyə oyunu keçirəcək. Əldə olunan gəlir isə zəlzələ bölgələrinə göndəriləcək.
 
Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 43 min nəfərdən çox şəxs həyatını itirib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...