Monteneqro prezidenti Milo Cukanoviç prezident seçkilərinə üç gün qalmış ölkə parlamentini buraxıb.
Respublika konstitusiyasına görə, parlament seçkiləri buraxıldığı gündən 60-dan tez, 100 gündən gec olmayaraq keçirilməlidir.
Bundan əvvəl Monteneqro parlamentinin sədri Daniela Djuroviç respublikada prezident seçkilərini martın 19-na təyin edib.
Monteneqro prezidenti Milo Cukanoviç prezident seçkilərinə üç gün qalmış parlamenti buraxıb. Prezidentin fərmanı cümə axşamı milli televiziya vasitəsilə yayılıb.
"Monteneqro Assambleyasının [Parlamentin] 27-ci çağırışı buraxılır. Fərman imzalandığı gündən qüvvəyə minir", - sənəddə deyilir.
Respublika konstitusiyasına görə, parlament seçkiləri buraxıldığı gündən 60-dan tez, 100 gündən gec olmayaraq keçirilməlidir.
Bundan əvvəl Monteneqro parlamentinin sədri Daniela Djuroviç respublikada prezident seçkilərini martın 19-na təyin edib. Konstitusiyaya görə, Monteneqro parlamentli respublikadır və dövlət başçısı əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir. Buna baxmayaraq, prezident fiquru Nazirlər Kabinetinin formalaşmasında və baş nazirin namizədliyinin irəli sürülməsində böyük əhəmiyyət kəsb edir. Monteneqro prezidenti ümumxalq səsverməsi ilə beş il müddətinə seçilir və ardıcıl iki müddətdən artıq vəzifə tuta bilməz.