"Gent"in futbolçusu Konfrans Liqasında ən yaxşı seçildi - ednews.net

26 Mart,

(+994 50) 229-39-11

"Gent"in futbolçusu Konfrans Liqasında ən yaxşı seçildi

İdman A- A A+
Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. 
 
Ednews  UEFA-nın saytına istinadən xəbər verir ki, bu, "Gent"dən Gift Emmanuel Orban olub.  
 
20 yaşlı hücumçu Niderlandın AZ komandasından Yesper Karlsson, Belçika "Anderlext"indən Bart Verbruggen və İngiltərənin "Vest Hem" klubundan Carrod Boueni qabaqlayıb. 
 
Gift "Başakşehir"lə cavab oyununun (4:1) 31, 32 və 34-cü dəqiqələrdə fərqlənməklə 3 dəqiqə 25 saniyəyə het-trik edib. Bu, UEFA-nın bayrağı altında keçirilən klub turnirlərində ən sürətli het-trik kimi qeydə alınıb. 
 
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində məhz "Gent"ə penaltilərlə uduzaraq mübarizəni dayandırıb. Cavab görüşündəki yeganə qolu da məhz Orban vurub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...