Azərbaycan boksçusu beynəlxalq turnirin finalına yüksəldi - FOTOLAR - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycan boksçusu beynəlxalq turnirin finalına yüksəldi - FOTOLAR

İdman A- A A+
Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir.
 
Ednews  xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışın ikinci günündə yeddi çəki dərəcəsində 19 döyüş təşkil olunub.
 
Bu qarşılaşmalardan 18-i dörddəbir final mərhələsi çərçivəsində baş tutub. Görüşlərin yekuna əsasən yarımfinala vəsiqə əldə boksçular bəlli olub.
 
Yarışda 48 kiloqram çəki dərəcəsində isə finalçının adına aydınlıq gəlib.
 
Azərbaycan boksçularından 4-ü yarımfinala yüksəldiyi halda, 1-i həlledici görüşdə iştirak hüququ qazanıb.
 
Turnirin üçüncü günündə 19 görüş olacaq. Döyüşlər saat 15:00-da başlanacaq.
 
Qeyd edək ki, 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın final döyüşləri aprelin 1-də keçiriləcək.
1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...